Xocalının bu kəndlərinə 67 nəfər köçürüldü
06.03.2026

Xocalı rayonunun Təzəbinə və Seyidbəyli kəndlərinə 13 ailə olmaqla 67 nəfər köçürülüb.

Bu barədə  Ağdərə və  Xocalı rayonlarında  Bərpa, Tikinti və İdarəetmə  Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Təzəbinə kəndinə 51 nəfərdən ibarət 9 ailə, Seyidbəyli kəndinə isə 16 nəfərdən ibarət 4 ailə qayıdıb.

Xankəndi şəhərində, Ağdərə və  Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini  Mahmud Əfəndiyev  Xocalı şəhərində ailələrə yeni evlərin açarlarını təqdim edib.

visiontv.az