Vəzirlik vəzifəsi...
12.04.2024

Vəzirlik vəzifəsi Sasanilər dövründə ortaya çıxıb. Vəzk-i Fərmdar adlandırılan bu vəzifənin sahiblərinə Xəzərpet titulu verilirdi.

Əslində şahın min nəfərlik mühafizəçisinə rəhbərlik edən Xəzərpetlər sonradan vəzirlərə çevrildilər. Abbasilər bu idarəçiliyi sasanilərdən alıb inkişaf etdirdilər.

Sasani vəzirləri əsasən həkimlər və münəccimlər arasından seçilirdi. Tarixə keçmiş ən böyük sasani vəziri Bozorqimehr və ya Büzürgümehr olub. O, Xosrov Ənuşirəvanın vəziri olmuşdur. Məzdək onun planı ilə öldürülmüşdür.

Əkbər Nəcəf

visiontv.az