Norveçdən olan səyyahlar Ağdama səfər ediblər - FOTO
02.05.2024

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərlik heyəti Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdama səfər edib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin  Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad edildikdən sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar. Heyət ilk olaraq Ağdam Cümə məscidində olub.

visiontv.az