Vanqanın dəhşətli öncəgörmələri - Yer Marsdan bir sivilizasiya ilə döyüşə girəcək
15.10.2024

Ötən illərdə tez-tez proqnozları reallaşan Baba Vanqanın 2025-ci illə bağlı çoxlu öncəgörücüləri gündəmə gəlib.

28 il əvvəl vəfat etsə də, bolqar öncəgörən Vanqa gələcək haqqında qorxulu dərəcədə dəqiq proqnozlar verib.

Belə ki, o, illər ərzində şahzadə Diananın ölümü və Barak Obamanın ABŞ prezidenti seçilməsi kimi mühüm hadisələri qabaqcadan görüb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Vanqanın 2025-ci ilə dair proqnozlarına görə, bizi çətin bir il gözləyir.

Kəhanətlərində bütün bəşəriyyətin sonunun 2025-ci ildə başlayacağını bildirən Vanqa yer üzündə insanların həyatının 5079-cu ildə bitəcəyini proqnozlaşdırıb.

2025-ci ildən başlayaraq həyatın daha da pisləşəcəyini təxmin edən Vanqa, "ağlasığmaz ölçülərdə kosmik hadisənin baş verəcəyini" söyləyərək, "2025-ci ildə Avropada qitə əhalisinin çox azalmasına səbəb olacaq böyük bir qarşıdurma olacağını" iddia edib.

2033-cü ildə qütb buzlaqlarının əriyərək dəniz səviyyəsində böyük artıma səbəb olacağını söyləyən Vanqa 2170-ci ildə qlobal quraqlığın olacağını, 3797-ci ildə isə Yer kürəsinin yox olacağını iddia edib.

Vanqanın proqnozlarının siyahısı: Zaman qrafiki

2025: Avropa vətəndaş qarşıdurması ilə sarsılacaq.

2028: İnsanların Veneranı enerji mənbəyi kimi araşdırmağa başlayacağı gözlənilir.

2033: Qütb buzlaqları əriyərək qlobal dəniz səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olacaq.

2076: Kommunizm bütün dünyaya yayılacaq.

2130: İnsanların yadplanetlilərlə əlaqə qurması gözlənilir.

2170: Dünyanın əksər hissəsində quraqlıq olacaq.

3005: Yer Marsdan bir sivilizasiya ilə döyüşə girəcək.

3797: Dünya yaşamaq üçün yararsız hala gələndə insanlar onu tərk edəcəklər.

5079: Qiyamət qopacaq.

Visiontv.az