İran kinosunun tanınmış aktrisası və rejissoru Niki Kərimi 16-cı Bakı Beynəlxalq Film Festivalına münsif kimi qatılıb. O, festivaldan sonra Azərbaycan xalqına xüsusi təşəkkür mesajı ünvanlayıb.
Festivalda iştirak etdiyi günləri “sevgi, hörmət və isti münasibətlərlə dolu” adlandıran Niki Kərimi sosial mediada paylaşdığı məcburi hicabsız görüntüləri ilə yanaşı belə yazıb:
“Bakının mehriban insanlarına ürəkdən təşəkkür etmək istəyirəm. Bu bir neçə gün mənim üçün sevgi, hörmət və isti qucaqlaşmalarla dolu idi. Mənə olan sevginiz həmişə dəyərli olacaq. Biz yaxın köklərə, ortaq xatirələrə, böyük mədəniyyətə və sivilizasiyaya malik iki ölkəyik”.
visiontv.az



