Urmuda 5 məhbusun barmaqları kəsiləcək - Amnesty International
04.11.2024

Beynəlxalq Əfv Təşkilatı Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu şəhərinin həbsxanasında əl barmaqlarının kəsilməsinə məhkum edilən 5 məhbusla bağlı bəyanat yayıb.

Bəyanat təşkilatın media hesabında paylaşılıb.

Bəyanatda İran hökumətindən məhkumlar barəsində çıxarılan cəza növünün ləğv edilməsi istənilib.

Bununla yanaşı beynəlxalq ictimaiyyətdən də məhkumların bədən əzalarının kəsilməsi cəzasının dayandırılması üçün İrana təzyiq göstərmələri tələb olunub.

Qeyd edək ki, 3 gün əvvəl Urmiya həbsxanasında oğurluqda günahlandırılan Şəhab və Mehrdad Teymuri adlı qardaşların sağ əllərinin 4 barmağı kəsilib.

Bununla yanaşı daha 5 məhkumun da əl barmaqlarının kəsilməsi barədə qərar çıxarılıb və hökmün yaxın günlərdə icra olunacağı gözlənilir.

"Bu amputasiyalar xüsusilə İran hakimiyyətinin insan haqları və insan ləyaqətinə hücumunun dəhşətli təzahürüdür. Amputasiya cəzası məhkəmə hökmü ilə həyata keçirilən işgəncədir və bu  cinayət hesab edilir",- Beynəlxalq Əfv Təşkilatının bundan əvvəlki bəyanatda bildirilib.

visiontv.az