Yaqub Sadiq Cəmalinin rejissorluğu ilə hazırlanan və Təbrizdəki Xavəran Zalında səhnələşdirilən tamaşa insanlar tərəfindən böyük maraqla qarşılanıb.
150-dən çox sənətçinin iştirakı və canlı musiqi, geniş səhnə dizaynı və fərqli vizual elementlərlə zəngin olan tamaşa izləyicilərə türk mədəniyyətinin yarım-mifoloji obrazı olan Koroğlunu fərqli baxışdan təqdim edib.
Təşkilatçıların sözlərinə görə, qısa müddət ərzində tamaşaçı sayının 10.000 nəfəri keçməsi cəmiyyətin milli kimliyə əsaslanan tamaşalara böyük maraq göstərdiyini bir daha sübut edir.
visiontv.az