Urmu mediası Urmuda kürdlərin siyasi toplantısı ilə bağlı məlumat yaydığı üçün Kəşfiyyat Nazirliyi tərəfindən hədələnib.
İran hakimiyyətinin rəsmi icazəsi ilə Urmudakı mühacir kürdlər Novruz bəhanəsi ilə PKK terror qruplaşması və Kürdüstan bayraqları ilə siyasi mitinq keçiriblər. İran Kəşfiyyat Nazirliyi bu siyasi aksiyanın qarşısını almaq yerinə məsələni işıqlandırdığına görə, Urmu mediasını və şəhər sakinlərini təhdid edib.
Urmu Kəşfiyyat İdarəsi Urmuda sosial media istifadəçilərini və media qurumlarını “Novruz şənliyi” adı altında Urmuda keçirilən kürdlərin siyasi toplantısı ilə bağlı heç bir xəbər dərc etməmək barədə hədələyib, onları susmağa və paylaşımlarını silməyə məcbur edib.
visiontv.az