Urmiya Universitetinin öyrəncisi İran hökumətini tənqid edib
09.12.2025

Tələbə Urmu gölünün bərpası ilə bağlı çıxışında deyib: "Sahibsiz olan məmləkətin batması haqdır.

Sel mimi axıb, dəryaya yol tapacaqdır,

Daş atmaqla kimsə onu döndərə bilməz!".

Öyrənci Qərbi Azərbaycan əyalətinin valisinə xitabən bildirib ki, Urmu gölünün dirçəldilməsi şərh yazmaqla, kampaniya aparmaqla və konfranslarla həyata keçirilə bilməz; əksinə, bunun üçün güclü dövlət iradəsi və kollektiv iradə ilə yanaşı, dövlət vəsaiti də lazımdır.

visiontv.az