Nobel mükafatçısı Nərgiz Məhəmmədi: “İranda müharibə bitməyib, xalq hökumətlə mübarizə aparır”
08.12.2025

Bədnam Evin zindanında saxlanılan güneyli insan haqları müdafiəçisi və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədi dünən “Time” jurnalına müsahibəsində bildirib ki, İran xalqı heç bir xarici müharibə olmasa da, əsl sülh yaşamır.

O, “İran xalqının dincliyi daimi nəzarət, senzura, əsassız həbslər, işgəncələr və zorakılıq təhlükəsi ilə pozulub. Sülh yalnız müharibənin olmaması deyil, demokratiya, sabitlik, iqtisadi inkişaf və vətəndaş cəmiyyətinin formalaşması ilə mümkündür” deyib.

Məhəmmədu vurğulayıb ki, 12 günlük müharibədən sonra İran xalqı iki müharibə - hökumətlə vətəndaşlar arasında, habelə, İran və İsrail arasında qalıb.

visiontv.az