Urmiya həbsxanasında 3 məhbusun barmaqlarının kəsilməsini qətiyyətlə pisləyirəm
02.08.2025

Urmiya həbsxanasında 3 məhbusun barmaqlarının kəsilməsi hökmünün icrası fundamental insan haqlarının kobud şəkildə pozulmasıdır, bunu qətiyyətlə pisləyirəm.

Bunu BMT-nin İrandakı insan haqları üzrə xüsusi məruzəçisi May Sato özünün X hesabında yazıb.

"Fiziki cəza, o cümlədən amputasiya işgəncə, qəddar, qeyri-insani və ləyaqəti alçaldan rəftar nümunəsidir. Bu cür hüquqların pozulması beynəlxalq hüquq çərçivəsində (Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsi də daxil olmaqla) tamamilə qadağandır və istisnalar yoxdur",- o əlavə edib.

Qeyd edək ki, iyulun 30-da Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmiya şəhərinin həbsxanasında oğurluqda ittiham olunan Hadi Rüstəmi, Mehdi Şahivənd və Mehdi Şərəfianın barmaqları kəsilib.

visiontv.az