Ukraynada öldürülən rus hərbiçilərin sayı 35 minə çatıb - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı
Ukraynada öldürülən rus hərbiçilərin sayı 35 minə çatıb - Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı
27.06.2022 MEDİA Tərəfindən

Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumundan sonra rus ordusunun şəxsi heyəti arasında itkilər təxminən 35.000 hərbçiyə çatdı.

Bu barədə iyunun 27-də Facebook-da Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri 150-yə yaxın hərbiçi məhv edib.

Digər rus itkiləri:

tanklar - 1552 (+20);
zirehli döyüş maşınları - 3687 (+28);
artilleriya sistemləri - 771 (+7);
MLRS - 243;
hava hücumundan müdafiə sistemləri - 101 (+2);
təyyarə - 217;
helikopterlər - 184;
Əməliyyat-taktiki səviyyəli PUA - 636 (+6);
qanadlı raketlər - 139;
gəmilər / qayıqlar - 14;
avtomobil avadanlığı və yük maşınları - 2575 (+11);
xüsusi avadanlıq - 60.
"Düşmən ən böyük itkini Baxmut və Kuraxovski istiqamətində verib. Məlumat dəqiqləşdirilir", - məlumatda deyilir.

Əli Əliyev

visiontv.az