Ukrayna prezidenti Volodimir Zelenski Gürcüstanın rusiyapərəst hakimiyyətinə qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. O, bu barədə özünün Telegram kanalında müraciətində bildirib.
"Bunlar Gürcüstan hökumətinin Gürcüstanı Putinə təhvil verən hissəsinə qarşı sanksiyalardır. Beynəlxalq məsələlərdə belə olur. Əgər vaxtında reaksiya verməsəniz və ya prinsipsiz davransanız, bundan sonra onilliklər və ölkələr azadlıqdan məhrum ediləcək. Biz bu regionda heç kimi itirə bilmərik: nə Gürcüstanı, nə Moldovanı, nə də Ukraynanı. Biz birlikdə Moskvaya qarşı özümüzü müdafiə etməliyik", deyə Zelenski bildirib.
Sanksiyalar 19 nəfərə qarşı tətbiq olunub:
Hakim rusiyayönlü Gürcü Arzusu partiyasının qurucusu Bidzina İvanişvili;
Gürcüstanın baş naziri İrakli Kobaxidze;
Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili;
Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri;
Tbilisi meri Kaxa Kaladze;
bir neçə hakim və Gürcüstan parlamentinin üzvləri.
Bundan əvvəl Baltikyanı ölkələr İvanişviliyə və Gürcüstan Daxili İşlər Nazirliyinin rəhbərliyinə qarşı sanksiyalar tətbiq ediblər. Avropa İttifaqı həmçinin Tbilisini etirazların yatırılmasının nəticələri ilə hədələyib. ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, ABŞ Avropaya inteqrasiya tərəfdarlarına qarşı zorakı hərəkətlərə görə Gürcüstana qarşı da sanksiyalar tətbiq etməyə hazırdır.
visiontv.az