Türkmənistan XİN: Xəzər dənizində gəmilərə hücum yolverilməzdir
27.07.2026

Xəzər dənizində gəmilərə qarşı hücumlar yolverilməzdir.

Bu barədə Türkmənistan  Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.

"Türkmənistan  Xəzəryanı dövlət və BMT tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, razılıq və mehriban qonşuluq dənizidir", – deyə  XİN-in bəyanatında bildirilib.

Bəyanat Ukrayna Silahlı Qüvvələrinin iyulun 25-də  Xəzər dənizində iki gəmiyə pilotsuz uçuş aparatları ilə zərbə endirməsi barədə məlumatlardan sonra yayılıb. Məlumatlara görə, hücum nəticəsində bir nəfər həlak olub, daha bir nəfər yaralanıb.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski hücuma məruz qalan gəmilərin Rusiya ilə İran arasında hərbi yüklər daşıdığını iddia edib. İran isə hücumu pisləyərək Kiyevi cavab tədbirləri ilə hədələyib.

visiontv.az