Tramp ABŞ-nin silah-sursatının tükənməsi iddialarına cavab verdi
27.07.2026

ABŞ lideri Donald Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların dayandırılmasının sursat və hava hücumundan müdafiə (HHM) raketlərinin qıtlığı ilə əlaqədar olması barədə iddiaları rədd edib.

Visiontv.az  xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.

Prezident yayılan xəbərlərə münasibət bildirərək qeyd edib ki, Birləşmiş Ştatlar dünyada hər kəsdən daha çox və ehtiyac duyduğundan qat-qat artıq hərbi sursata sahibdir.

İyulun 25-də "The New York Times" qəzeti özəl mənbələrinə istinadən yazmışdı ki, ABŞ  rəhbəri Yaxın Şərqdəki "Patriot" kompleksləri və digər HHM sistemləri üçün istifadə olunan tutucu raket arsenalının daha da tükənməsinin qarşısını almaq məqsədilə İrana qarşı hərbi əməliyyatın genişləndirilməsini təxirə salmaq qərarına gəlib. İyulun 24-də keçirilən müşavirə zamanı  ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn xəbərdarlıq edib ki, komandanlıq İrana qarşı irimiqyaslı döyüşlərə yenidən başlaya bilər, lakin bu halda tutucu raket ehtiyatları təhlükəli dərəcədə kritik həddə çatacaq.

visiontv.az