Türklər milli kimliklərini farsların təbliğ etdiyi təriqət düşmənçiliyinə qurban verən deyillər
Türklər milli kimliklərini farsların təbliğ etdiyi təriqət düşmənçiliyinə qurban verən deyillər
07.01.2025 Elbəyi Həsənli Tərəfindən

İran Azərbaycana qarşı niyə bu qədər qəzblidir? Müxtəlif yozumlar var, bir çoxunun isə mətləbə dəxli yoxdur.

Məsələ çox sadədir. İran Suriyadan qovulub, geri qayıtmaq şansı da sıfırın altındadır. Əlbəttə, İranı da, Rusiyanı da Suriyadan Türkiyə qovub, Qərb də bu işdə Türkiyəyə passiv dəstək verib. Hazırda Türkiyənin dəvəti ilə Azərbaycan da Suriyada son dərəcə aktivdir. Türklərin Qarabağdan sonra Suriyada da bir araya gəlməsi Tehranı hövsələdən çıxarır...

O da sirr deyil ki, İran Türkiyə-Azərbaycan birliyini ermənilərdən daha çox parçalamağa çalışır. Çünki bu parçalanma Turan dövlətinin yaranmasının qarşısını ala bilər. Ona görə də sünni-şiə təfriqəsini dövlət siyasəti səviyyəsində aparırlar...

Ancaq xeyri yoxdur. Türklər milli kimliklərini farsların təbliğ etdiyi təriqət düşmənçiliyinə qurban verən deyillər.

Elbəyi Həsənli

visiontv.az