Türkiyə və Azərbaycan qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirəcək
20.09.2021

Bu gün Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin qırıcıları İstanbul səmasında uçuş edəcək.

Visiontv.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin “Twitter” səhifəsində bildirilib.

“Bu gün saat 11:00-11:30 arası (Bakı vaxtı ilə 12:00-12:30 arası) Türkiyə Hava Qüvvələrinin təyyarələri ilə Azərbaycan Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcıları İstanbul boğazı üzərində salamlama uçuşu keçirəcək”, - deyə qeyd olunub.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr “Teknofest” texnologiya festivalında iştirak etmək üçün İstanbuldadır.