ABŞ səfirinin imtina etdiyi Şuşa səfəri Vaşinqtonun artıq reallıqla barışdığının göstəricisidir
ABŞ səfirinin imtina etdiyi Şuşa səfəri Vaşinqtonun artıq reallıqla barışdığının göstəricisidir
06.05.2024 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ səfiri Mark Libbinin Şuşaya səfəri Vaşinqtonun Azərbaycanla bağlı siyasətində mühüm müsbət dəyişikliklər kimi qeyd etmək olar.

Məhz ikinci Qarabağ müharibəsindən sonra ABŞ Azərbaycanda səfiri və diplomatik nümayəndələri bir qayda olaraq Şuşaya səfərdən imtina edirdi. Ötən gün də səfir Şuşa və digər işğaldan azad olunmuş ərazilərə səfərlə bağlı çox uğursuz bir açıqlama vermişdi. Vaşinqtonun Azərbaycanda səfirinin Şuşaya səfəri Dövlət Departamentinin təlimatı ilə reallaşıb. Çünki ötən gün səfir bu kimi səfərləri şouda iştirak etməmək kimi xarakterizə etmişdi.

Görünür, səfirin bu kimi açıqlaması Dövlət Departamenti ilə Azərbaycan arasında müəyyən bir narazılıq yaradıb. Artıq Vaşinqtonda Ermənistanın Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıdığını, delimitasiya və demarkasiya prosesində müsbət istiqamətdə getdiyini görür. Ermənistanda revanşistlər və müxalifətin N. Paşinyana təzyiqləri ABŞ da diqqətlə izlənilir.

ABŞ səfirinin Füzuli və Şuşaya səfərindən sonra növbəti istiqamət Xankəndi olacaq. Azərbaycan ölkəmizdə diplomatik missiya nümayəndələrinin səfərlərini Xankəndi, Ağdərəyə təşkil etməlidir. İlk günlər bu səfərdən bəzi səfirliklər yayınsa da bir müddətdən sonra Xankəndinə də səfərlər edəcəklər. Necə ki, üç il yarımdan sonra ABŞ səfirlərinin imtina etdiyi Şuşa səfəri reallaşdı. ABŞ Ermənistanda revanşistlərə bununla mesaj verdi ki, Vaşinqton Azərbaycanın Qarabağ daxil olmaqla ərazi bütövlüyünü tanıyır.

Məhəmməd Əsədullazadə

visiontv.az