Türkiyə Pakistana terrorla mübarizədə dəstəyini davam etdirəcək
13.02.2025

Türkiyə Pakistana terrorla mübarizədə dəstəyini davam etdirəcək.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şəriflə birgə mətbuat konfransı zamanı bildirib.

O, “PKK, YPG, İŞİD və FETÖ daxil olmaqla, hər cür terrorla mübarizədə Pakistanın güclü dəstəyinin olduğunu” da vurğulayıb.

Ərdoğan, iki ölkə arasında münasibətlərin daha da inkişaf etdiyini qeyd edərək, səfər çərçivəsində 24 sənədin imzalandığını bildirib.