İsrail və ABŞ ilə əlaqədə olmaqda ittiham olunan şəxslərə qarşı verilən hökmlər tez və məhdudiyyətsiz şəkildə icra edilsin.
Bunu İran məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Möhsüni Ejei deyib.
"Müharibə və iğtişaşlar dövründə cinayət törətmiş və təcavüzkar düşmənlə əlaqəsi olan ünsürlərə qarşı verilən qəti hökmləri icra etməkdə tərəddüd etməməliyik",- o əlavə edib.
Qeyd edək ki, son həftələrdə İslam Respublikasının hakimiyyəti ölkə daxilində geniş əməliyyatlar həyata keçirərək, İsrail və ABŞ ilə əməkdaşlıqda şübhəli bilinən yüzlərlə insanı həbs edib.
visiontv.az