Türkiyə İsrail üçün İran deyil
08.04.2025

Türkiyə Suriyanın Palmira şəhərində böyük bir hərbi baza qurmağa qərar verib. Həmçinin Suriyanın digər regionlarında da hərbi bazalar quracağı gözlənilir. Palmirada qurulacaq baza Suriya silahlı qüvvələri üçün ixtisaslı hərbiçilər hazırlanacaq. Göründüyü kimi, İsrail Suriyada hərbi bazaları havadan bomblamaqla Türkiyənin qarşısini kəsməyə çalışir. Təbii ki, Türkiyə İsrailin bu kimi mesajlarına görə Suriyadan geri çəkilməsi mümkün deyil.

Türkiyə Suriyada hərbi baza qurduqdan sonra, İsrail Suriyada hərbi əməliyyatlar aparması çətin olacaq. Əgər, Türkiyə qoşunlarına havadan hücum olarsa, sərt qarşılıq görəcək. Türkiyə Yaxın Şərqə daxil olur. İsrail Türkiyəyə qarşı açıq müharibə apararsa, öz mövcudluğu sual altında qala bilər. Türkiyə İsrail üçün İran deyil.

Məhəmməd Əsədullazadə

visiontv.az



Gündəlik

slide 7 to 10 of 8