Mark D. Wallace: “İranın Xarici İşlər nazirinin konfransa dəvəti utancvericidir”
22.04.2025

“İranın Nüvə Silahına Qarşı Alyans” təşkilatının icraçı direktoru Mark D. Wallace, İranın xarici işlər naziri Abbas Əraqçinin Vaşinqtonda keçiriləcək beynəlxalq “Karnegi” nüvə siyasəti konfransına dəvət olunmasını “utancverici” adlandırıb və bu dəvətin geri götürülməsini tələb edib.

Wallace verdiyi bəyanatda bildirib: “Əraqçi İranın terror təşkilatı sayılan SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) Qüds qüvvələrinin üzvüdür onun əlləri amerikalıların qanına batıb.”

O, Əraqçini “qanlı bir rejimin gülümsəyən siması” kimi xarakterizə edərək əlavə edib: “Bu, elə bir rejimdir ki, Donald Trampı öldürmək istəyib və indi dünyanı aldatmaq üçün özünü mülayim göstərməyə çalışır.”

Sadiq İsabəyli

visiontv.az