Türkiyə İsrail arasında gərginliyin azaldılması mexanizminin yaradılmasına start verilib
11.04.2025

Türkiyə İsrael arasında Suriyada arzuolunmaz ssenarilərin qarşısının alınması üçün gərginliyin azaldılması mexanizminin yaradılmasına start verilib.

Tərəflər arasında gərginliyin azaldılması ilə bağlı mexanizmlərin işlənməsi məqsədi ilə ilk görüş aprelin 9-da Azərbaycanda keçirilib.

Bakıda keçirilən bu texniki danışıqlar regionda hərbi əməliyyatlarla bağlı potensial toqquşmaların və ya anlaşılmazlıqların qarşısını almaq üçün kanal yaratmaq səylərinin başlanğıcı olub.

Görüşdə Türkiyə tərəfini MSB -nın yüksək vəzifəli rəsmisinin rəhbərlik etdiyi nümayəndə heyyəti , İsrael tərəfini isə ölkə rəhbərinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Tsaxi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil ediblər.

Yeganə Hacıyeva

visiontv.az