Türkiyə Azərbaycandan idxal olunan bəzi məhsullar üçün gömrük xərclərini artırmayacaq.
30.10.2024

Türkiyə Azərbaycandan idxal olunan bəzi məhsullar üçün gömrük xərclərini artırmayacaq.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Resmi Gazete”də dərc olunmuş qərarında deyilir:

“Daxili bazarda yerli istehsalın payını artırmaq və qorumaq məqsədilə, Azərbaycan istisna olmaqla, Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmayan ölkələr üçün distillə edilmiş yağ turşuları, polistirol, polietilen kompaundları, plastikdən hazırlanmış müxtəlif borular, streç film və vinilxlorid polimerdən hazırlanmış lövhələrin idxalında ton başına 50-400 dollar arasında dəyişən əlavə maliyyə öhdəliyi qoyulmasına qərar verildi”.