Trampın başı Şeyx Şamil demiş “çiyinlərdə gələn düşmənlərlə” mübarizə aparmağa qarışıb
24.04.2025

Böyük Britaniya, Fransa, Almaniya və Ukraynanın xarici işlər nazirləri dünən Londonda Ukrayna və Rusiya arasında sülh danışıqları ilə bağlı keçirilməsi planlaşdırılan görüşü təxirə salıblar.

Görüş ABŞ Dövlət katibi Marko Rubio orda iştirakdan imtina etdikdən sonra təxirə salınıb.

Marko Rubio isə Ukrayna Prezidenti Zelenskinin Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayqcaqları ilə bağlı bəyanatından sonra görüşdə iştirak etmək üçün Londona nəzərdə tutulan səfərini ləğv edib.

Bunun əsas səbəbi odur ki, ABŞ prezidenti Tramp Ukraynaya artıq marağını itirib.

Onun başı geosiyasətdən daha çox daxili siyasətə , daxildə dövlət aparatında kök salmış kənar nüfuz şəbəkələri ilə mübarizəyə qarışıb.

Son iki ayda daxili auditoriya üçün Trampın çıxışlarını izləyirəm.

Çıxışlarının əsas tezisləri belədir :

- ABŞ universitetləri dövlət büdcəsi hesabına daxili düşmənlər yetişdirməməlidir ;

- Siyasi qruplar miqrantlardan daxili siyasətdə bir-birinə qarşı təsir aləti kimi istifadə etməməlidirlər;

- Dövlət büdcəsindən yardımlar adı altında ayrılan pullar əli əyri məmurların ciblərinə və ya ABŞ-ın tərəfdaşlarının maraqlarının zədələnməsinə yönəlməməlidir və s.

Trampın yürütdüyü daxili siyasətinin ilkin nəticəsini biz də hiss edirik, nümunə üçün bir epizod göstərə bilərəm.

Son iki ayda ABŞ dövlət orqanlarında kök atmış cinayətkar Amerika Erməni Milli Komitəsinin səsini eşidən olub ?

Bayden-Blinken idarəciliyində isə korrupsioner kongressmen və senatorların nitqindən hər həftə bir uydurma bəhanə ilə ABŞ-ı Azərbaycana qarşı sanksiya tətbiq etməyə çağırırdılar.

Son aylarda isə hətta “hərbi müdaxilə edin” anlamına gələn çağırışlar edirdilər.

Bir sözlə, indi Trampın başı Şeyx Şamil demiş “çiyinlərdə gələn düşmənlərlə” mübarizə aparmağa qarışıb.

Şeyx Şamil isə deyirdi ki, düşmənlər ölkəyə öz ayaqları üstündə deyil , at belində olan xainlərin çiyinlərində gəlirlər…

Politoloq Yeganə Hacıyeva

visiontv.az