Təklif edirəm ki bu hadisəyə sırf siyasi qiymət verək, ona görə ki, bu cür gərgin mübarizədə ətrafda baş verən bütün hadisələr məhz siyasidir və heç bir təsadüfdən söhbət gedə bilməz.
Son həftə Tramp üçün faciəviydi. Tramp, zərbə dalınca zərbə alırdı. Hansılar idi?
- Birmənalı uduzulmuş debatlar.
- Trampın debatda dediyi "Spriqfilddə miqrantlar işləri, pişikləri yeyirlər" cəfəngiyyatı sosial şəbəkələrdə memə çevrildə və Trampı gülüş hədəfinə gətirdi.
- Dərc olunan son sorğular (bütün sorğularda Harris 4-7 faiz öndədir).
- Trampın məşuqəsi Lora Lumerlə bağlı qalmaqal.
- Və Trampın, hislərə qapılara "öz başına atdığı son güllə", Teylor Svift haqda yazdığı statusdur:
"TEYLOR SVİFTƏ NİFRƏT EDİRƏM!"
Təbii ki, bütün bu hadisələr Trampın reytinqinin davamlı çökməsini təmin edir.
Və birdən-birə Trampa qarşı növbəti uğursuz sui-qəsd cəhdi baş tutur. Cəhdin müəllifi barədə mətbuatdan nə bilirik? Hər yerdə ilk növbədə yazırlar ki, həmin adam Ukraynanın birmənalı dəstəkçisiydi və Kiyevə bir neçə dəfə səfər etmişdi.
Yumşaq desək, sizə şübhəli gəlmədimi?
Sizə, düzgün nəticələr çıxartmağa kömək edəcəm. Avropa Parlamentinə seçkilər ərəfəsində Slovakiyanın Baş nazirinə qarşı sui-qəsd cəhdi baş vermişdi. Dərhal sonra, cinayətdə " Ukrayna izi"nin axtrarışı başlamışdı.
Bu səfər, "Ukrayna izi"ni elə yerə "yerləşdirdilər" ki, onu axtarmağa ehtiyac yoxdur.
P.S. 1-2 günə bütün bu şişirdilmiş qalmaqal sönəcək.
Politoloq Kamran Cəfərov
visiontv.az