Tramp Ukraynaya hərbi yardımları artıracağını bəyan edib
Tramp Ukraynaya hərbi yardımları artıracağını bəyan edib
09.07.2025 Məhəmməd Əsədullazadə Tərəfindən

ABŞ prezidenti D. Tramp Ukraynaya hərbi yardımları artıracağını bəyan edib. D. Trampın bu açıqlamasından sonra Rusiya İstanbul danışıqlarının yeni raundunu təklif edib.

Bununla Rusiya yenidən danışıqlar görüntüsü yaratmaq və D. Trampın silah yardımına guya danışıqlar aparmaqla reaksiya verdiyini göstərmk istəyhir. Artıq İstanbul danışıqlarına ehtiyac yoxdur. Çünki Rusiya Ukraynaya kapitulyasiya sənədinə imza atmağı tələb edir. Bundan əlavə, ABŞ və Rusiya arasında da Ukrayna ilə bağlı danışıqlar prosesi süquta uğrayıb.

Demək olar ki, ABŞ, Ukraynaya havadan müdafiə sistemləri və yeni raket sistemləri tədarük edəcək. Həmçinin Avropa da Ukraynaya hərbi yardımları artıracaq. Bu ilin axırına kimi Rusiyanın Ukraynada irəliləyişlərini tam dayandırmaq və geri çəkilməyə məcbur etmə əməliyyatlarna başlanılması mümkündür. Çünki, Rusiya ilə diplomatik danışıqlar tam fiaskoya uğrayıb. Artıq Vaşinqton münaqişənin həllini hərbi variantda görür.

Məhəmməd Əsədullazadə

visiontv.az