Tramp Ukraynada prezident seçkilərini keçirməyin vaxtının çatdığını bildirib: Bəlkə də Zelenski qalib gələr
09.12.2025

Ukraynada prezident seçkilərini keçirməyin vaxtı çatıb.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Politico”ya bildirib.

“Çox vaxt keçib. Hər şey o qədər də yaxşı deyil… Düşünürəm ki, indi seçkiləri keçirmək üçün ən doğru vaxtdır. Onlar seçkiləri keçirməmək üçün müharibədən istifadə edirlər, amma mən hesab edirəm ki, Ukrayna xalqının belə bir seçimi olmalıdır”, - Tramp vurğulayıb.

ABŞ lideri onu da bildirib ki, Zelenski özünü toparlamalı və ABŞ-ın təkliflərini qəbul etməyə başlamalıdır.

Onun sözlərinə görə, Avropa Ukrayna münaqişəsini həll etməkdə çətinlik çəkir.

“Bəlkə də Zelenski qalib gələr. Kimin qalib gələcəyini bilmirəm. Amma onlar uzun müddətdir seçki keçirmirlər. Bilirsiniz, onlar demokratiyadan danışırlar, amma elə bir məqam gəlir ki, bu, artıq demokratiya olmur”.