Xristian modelli İran İslam Respublikası
03.03.2026

Hər nə qədər islam adını daşısa da İran İslam Respublikası struktur etibarilə bir xristianlıq modelidir.

Bu model, sadəcə, əynini dəyişmiş Orta əsrlərin Qərb inkivizisiyasıdır.

Dini doqmaları aliləşdirmək və bu aililiyə qarşı olan, onun qaydalarına uyğun olmayan hər kəsi və hər şeyi rədd etmək, yeri gəldikdə cəzalandırmaq.

Bütöv bir xalqı, hətta bütün bir qitəni qorxu altında saxlamaq.

Təhlükə anında dərhal öz içinə qapanıb gizli qərarlar vermək, öz daxili strukturundan kənarda heç bir həqiqətə etibar etməmək.

Oxuyun inkivizisiya tarixini və ordan bu gün İranda hakimiyyət daxilində baş verənlərə baxın.

O zaman mənim də daha ətraflı yazıb özümü yormağıma ehtiyacım qalmayacaq.

Zatən şiəliyin siyasi güc kimi tarix səhnəsinə çıxmasında "Məbəd cəngavərləri"nin böyük rolunun olduğunu söyləyən şərqşünas alimlərin varlığını da inkar edə bilmərik.

Aqşin Yenisey

visiontv.az