Tramp Çin lideri ilə yazışmaları və avtomobil sənayesi barədə danışıb
18.04.2026

“Mən Siyə məktub yazdım. Ondan İrana silah verməməsini xahiş etdim. O da mənə məktub yazdı və bildirir ki, əslində bunu etmir...”

Tramp həmçinin Si Tszinpinin neftə ehtiyacı olan bir lider olduğunu, ABŞ-ın isə buna ehtiyac duymadığını qeyd edib. Daha sonra Donald Tramp bir qədər həqiqəti təhrif edib:

“Bizim bütün ölkədə bir dənə də olsun Çin avtomobili yoxdur. Çin Avropanın avtomobil şirkətlərini məhv edir”.

Halbuki 2024-cü ilin yanvar-noyabr aylarında ABŞ-ın Çindən aldığı minik avtomobillərinin ümumi həcmi 3,35 milyard dollar təşkil edib (2023-cü ilə nisbətən 65% artım). Bununla belə, nə keçən, nə də ondan əvvəlki il ABŞ-da ən çox satılan 20 avtomobil siyahısına Çin avtopromunun heç bir nümayəndəsi daxil olmayıb.

visiontv.az