Maqyar Orban olacaqmı?
18.04.2026

Macarıstanda hakimiyyət dəyişikliyi Bakı üçün Brüsseldəki qərarlara təsir imkanları baxımından yeni çağırışlar yaradır.

Bakı-Budapeşt xəttində kəskin dəyişikliklər yaranmayacağı ehtimalı böyükdür.

Macarıstan Azərbaycan qazının idxalçısıdır və Rusiya qazından asılılığını azaltmaq üçün Bakıya alternativ mənbə kimi yanaşan Brüssel də bu əməkdaşlığı dəstəkləyir. Macarıstanın Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvlüyündə qalacağı ehtimalı da yüksəkdir. Çünki Bakı ilə enerji əməkdaşlığı, Azərbaycanın Aİ-nin enerji tərəfdaşı olması, Avropanın gələcək təhlükəsizlik arxitekturasının qurulması və geosiyasi mövqelərini saxlaması məqsədilə Türkiyə ilə əməkdaşlıqda maraqlı olması kimi amillər Maqyarı “çətin seçim” qarşısında qoymur.

Hərçənd, Maqyarın Orban kimi Azərbaycan maraqları naminə Aİ-nin qərarlarına veto qoyacağını demək çətindir. Orban Aİ-nin Ermənistana birtərəfli dəstək siyasətində Azərbaycanın mövqeyini müdafiə edirdi və bu, Bakı üçün təsir rıçaqlarından birinə çevrilmişdi. İndi situasiya dəyişə, yaxud bu təsir rıçağı əvvəlki qədər effektiv olmaya bilər.

Orbanın gedişi, Aİ-nin Macarıstan seçkilərinə geosiyasi mübarizə kontekstində yanaşması, Maqyarın seçilməsinin səbəbləri haqda geniş yazının linkini şərh bölümünə əlavə edirəm.

Asif Nərimanlı

visiontv.az