“Tehranın inkişaf etmək imkanı yoxdur”
10.01.2025

ISNA xəbər verir ki, dünən ölkənin müxtəlif və çoxsaylı problemlərinə toxunan İran prezidenti Məsud Pezeşkian İslam Respublikasının indiki inkişafının yanlış prosesinin tez bir zamanda düzgün proseslə əvəz edilməsinin vacibliyini bildirərək deyib: “Biz ölkənin akademik kadrlarından bu istiqamətdə ən uğurlu yardımı istəməliyik”.

İran prezidentinin sözlərinə görə, Tehranın artıq inkişaf etmək imkanı yoxdur. Eyni zamanda, ölkədə orta elektrik enerjisi və qaz istehlakı çox yüksəkdir.

Məsud Pezeşkian İranda müəllimlərin vəziyyətindən də söz açaraq bildirib: “Çalışacağıq ki, müəllimlərin yaşayış problemlərini, xüsusilə də mənzil çətinliklərini həll edək”.

visiontv.az