Tramp Yaxın Şərq üzrə müşavir olaraq yaxın şəxsi əlaqələri olan iki biznesmeni seçib
10.01.2025

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Yaxın Şərq üzrə müşavir olaraq yaxın şəxsi əlaqələri olan iki biznesmeni seçib.

Donald Tramp uzun zamandır dostu olan Stiven Vitkofu Yaxın Şərq üzrə yeni xüsusi elçisi seçib. Nyu-Yorkda daşınmaz əmlak investoru olan Vitkof Trampın yenidən seçilməsi üçün müntəzəm olaraq təşviqat kampaniyası aparıb.

Milli təhliükəsizlik üzrə analitik Allison MakManus deyir ki, bu yaxın münasibət Vitkofa regionda kömək edəcək.

"Vitkof səyahət etməli, xarici həmkarları, dövlət başçıları, nazirlərlə görüşməli olduğu üçün, özü ilə prezidentin adından danışa bilən, bu cür hallarda belə bir səlahiyyətə sahib biri kimi bir nüfuz gətirəcək," o deyir.

Vitkof ötən may ayında Qətərdə ikən Ərəb körfəzi ölkəsini dövlət və özəl sektor əməkdaşlığı vasitəsilə iqtisadi artımı şaxələndirdiyinə görə alqışlayıb.

"Mən bunu Qətərdə hiss edirəm. Düşünürəm ki, onların açıq-aydın daha çox neft-kimya və təbii qaza və bu kimi şeylərə yönəlmiş bir iqtisadiyyatı var idi. Onlar genişlənir. Turizm artıb. Burada otellər möhtəşəmdir. Bu bölgəyə kim qayıtmaz ki?" o deyib.

Ekspertlər qeyd edir ki, Vitkof ABŞ-ın maraqların toqquşması ilə bağlı qanunlarına riayət etmək məqsədilə Ərəb körfəzi ölkələrindəki daşınmaz əmlak sövdələşmələrindən geri çəkilməlidir.

"Bu, tamamilə böyük narahatlıq doğuran bir şeydir. Ona görə ki, biz xüsusən də biznes ictimaiyyətinin nümayəndələrinin bəzilərini Körfəz ölkələri kimi müəyyən ölkələr üçün daha əlverişli ola biləcək danışıqlardakı şərtlər vasitəsilə özlərini şəxsən zənginləşdirə biləcəkləri rollarda görürük. Bu həm də onların maraqlarının prioritetləşdirilməsi baxımından narahatlıq doğurur," Amerika Tərəqqi Mərkəzindən Allison MakManus deyir.

Məsud Bulos Trampın ərəb və Yaxın Şərq məsələləri üzrə baş müşaviri kimi xidmət götərəcək. O, yeni seçilən prezidentin qızı Tiffaninin qaynatasıdır.

Livanlı amerikalı biznesmen də Trampın yenidən seçilməsi üçün kampaniya aparıb və Amerikanın orta qərb ştatı olan Miçiqanda ərəb amerikalı seçiciləri ona səs verməyə çağırıb.

Bulos Afrikanın qərbində yerləşən Nigeriada yük maşınları və ağır texnika satan SCOA Nigeria şirkərinin baş icraçısıdır.

O, Livanın şimalında Kfar Akka kəndində azlıqda olan xristian bir ailədə dünyaya gəlib. Atası həmin kəndin meri vəzifəsində çalışıb.

Ötən oktyabr Bulos deyib ki, regiondakı münaqişə onun Livana geri qayıtmasına əngəl olub.

"Mən uzun illərdir ki, bu vəziyyətə görə öz doğma ölkəmə, vətənimə qayıtmamışam. Mən geri qayıtmaq istərdim. Mən öz övladlarımın Livana qayıtmasını çox istərdim. Livan əvvəllər... Yaxın Şərqin İsveçrəsi kimi tanınırdı, Beyrut isə Yaxın Şərqin Parisi idi. Biz bunun geri qayıtmasını istəyirik," o deyib.

Trampın Yaxın Şərq komandasını böyük çətinliklər gözləyir. Bunlara İsrailin Qəzza və Yəməndə İranın proksiləri ilə hazırda davam edən münaqişələri, İranın genişləyən nüvə proqramı, Suriyanın xaotik bir şəkildə diktator hakmiyyətindən çıxması, İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdırmaq üçün çətin bir razılaşmanın əldə edilməsi daxildir.

visiontv.az