Tehranda iqtisadçı və tədqiqatçılar həbs edilib
07.11.2025

İran təhlükəsizlik qüvvələri Tehranda iki iqtisadçı, bir sosioloq və bir yazıçı-tədqiqatçını həbs edib.

Bildirilib ki, iqtisadçılar Pərviz Sədaqət və Rəsul Qənbərinin, tədqiqatçı Məhəmməd Malcunun, siyasi sosialoq Məhsa Əsədullahnəjadın və yazıçı Şirin Kəriminin evlərinə basqın edilib, axtarış aparılıb və şəxsi əşyaları müsadirə olunub.

Həbs edilən şəxslərin hara aparıldıqları və onlara qarşı irəli sürülən ittihamlarla bağlı məlumat açıqlanmır. (Radio Farda)

Qeyd edək ki, həbs olunan tədqiqatçı Məhəmməd Malcu “Çörək ardınca köç” kitabının müəllifidir. Kitab 1946-cı ildə Azərbaycan Milli Hökumətinin devrilməsindən sonra güneylilərə qarşı həyata keçirilən repressiyaları əks etdirir.

visiontv.az