ABŞ, İran və İsrail müharibəsinə görə Humayun Şəbankarə edam cəzasına məhkum edilib.
Bu barədə Kərəc İnqilab Məhkəməsinin 2-ci bölməsi qərar çıxarıb.
Onun müharibə cinayətləri və casusluq ittihamları ilə edam cəzasına məhkum edildiyi bildirilib.
Mayın 14-də həbs edilən Humayun Şəbankarə istintaq təcridxanasının təkadamlıq kamerasında intihara cəhd edib.
Məhbusun yaxınları onun işgəncə edildiyini və barəsində irəli sürülən ittihamlarla bağlı məcburi etiraf alındığını deyiblər.
visiontv.az