Təbrizli gənc öz doğum günü münasibətilə 20 məhbusun girov məbləğini ödəyərək onları azad edib. Bu barədə Şərqi Azərbaycanın Diyə Qərargahının müdiri Rəsul Təqipur məlumat verib.
Məsələ ilə bağlı xeyriyyəçi gənc Məhəmməd Əmin Cahanian özü də fikirlərini bölüşüb:
"Mən doğum günü məclisinə pul xərcləməkdənsə, bu pulu həmvətənlərimin azad edilməsinə sərf etməyi üstün tutdum ki, onların bəzi problemləri həll olunsun. Biz hamımız bir-birimizə cavabdehik. Bir ailəni də çətinlikdən xilas edə bilsək, insanlıq borcumuzu yerinə yetirmiş olarıq." - deyə o bildirib.
visiontv.az