Təbrizdə təhlükəsizlik tədbirləri gücləndirilib: bazar bağlanıb, ərzaq qıtlığı yaranıb
17.01.2026

Təbriz şəhərindən daxil olan məlumatlara əsasən, 15 yanvar tarixindən şəhərdə təhlükəsizlik tədbirləri kəskin şəkildə gücləndirilib və ictimai həyat ciddi şəkildə məhdudlaşdırılıb.

Yerli mənbələrin bildirdiyinə görə, axşam saat 20:00-dan etibarən vətəndaşların şəhər daxilində hərəkətinə ciddi məhdudiyyətlər tətbiq olunub və Təbriz faktiki olaraq hərbi vəziyyətə bənzər şəraitə salınıb.

Məlumata görə, Təbrizin Böyük Bazarı və böyük ticarət mərkəzləri tamamilə bağlanıb, yalnız bəzi məhəllə dükanları məhdud vaxt çərçivəsində fəaliyyət göstərir.

Şəhər üzrə ət, toyuq əti, düyü, bitki yağı, şəkər və qənd kimi əsas ərzaq məhsullarında ciddi qıtlıq yaranıb və bir çox mağazalarda bu məhsulların satış üçün tükəndiyi bildirilir.

Eyni zamanda, şəhərin müxtəlif ərazilərində hərbi və təhlükəsizlik qüvvələrinin geniş şəkildə yerləşdirildiyi qeyd olunur.

visiontv.az