G7-dən Rusiyaya zərbə: Dondurulan aktivlərdən Ukraynaya 45 milyard dollarlıq kredit verildi
24.06.2026

2026-cı ilin may ayına olan məlumata əsasən, "Böyük Yeddilik" (G7) dövlətləri Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər hesabına Ukraynaya 45.5 milyard dollar məbləğində kreditlər təqdim edib.

Visiontv.az  xəbər verir ki, bu barədə məlumatı Ukrayna Maliyyə Nazirliyinin göstəricilərinə istinadən "RİA Novosti" yayıb.

2024-cü ildə Kiyevə ilk olaraq 1 milyard dollar məbləğində vəsaiti  ABŞ köçürüb. Bundan sonra Ukrayna qərb müttəfiqindən sözügedən sxem üzrə başqa maliyyə almayıb. G7-nin digər iştirakçıları isə respublikaya 2025-ci ildə 37.9 milyard dollar, 2026-cı ildə isə 6.6 milyard dollar vəsait ayırıblar.

Rusiyanın 2022-ci ildə Ukraynada xüsusi hərbi əməliyyata başlamasından sonra  Avropa İttifaqı və G7 ölkələri Rusiya valyuta ehtiyatlarının təxminən yarısına həbs qoyub. 200 milyard avrodan çox vəsait  Avropa İttifaqı ölkələrində, başlıca olaraq Belçikanın "Euroclear" şirkətinin hesablarında saxlanılır.

2024-cü ildə "Böyük Yeddilik"  Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri hesabına Ukraynaya təqribən 50 milyard dollar dəyərində kreditin verilməsini təsdiqləmişdi.

visiontv.az