təbiət anomaliyasının və ya təbii fəlakətin mənfi nəticələrinin müsbət amilə çevrilməsi
22.10.2024

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında paytaxtda yağıntının yaratdığı fəsadlara münasibət bildirərkən deyib ki, "Bəzi nöqsanlara yol verilib, yağışın fəsadları ilə bağlı aidiyyəti qurumlar vəziyyəti təhlil edəcək. Bu, müəyyən mənada, təbii fəlakətdir. Proses göz qabağındadır, normadan artıq yağıntı olub".

Avropaya tez-tez gedib gələn iş adamlarımızdan biri isə yazıb ki, "Avropada belə hava şəraiti demək olar günün hər günü baş verir. Sadəcə məsul şəxslər işlərinə biganə qalmayıb və “villa” tikdirmədiklərinə görə yağış suları çirkab su kimi yollardan rahat süzülür. Hətta yağış suyunu xüsusi filterlerlə içməli suya da çevirirlər".

Yeri gəlmişkən, get-gedə su qıtlığı ilə üzləşməkdə olan və üstəlik də normadan artıq yağıntı ilə üzləşən bizim ölkəmizdə də Avropa ölkələrinin bu təcrübəsindən istifadə etmək olar.

Bu, təbiət anomaliyasının və ya təbii fəlakətin mənfi nəticələrinin müsbət amilə çevrilməsi deməkdir.

Avropanın bu təcrübəsinə "ağıllı şəhər" və ya "ağıllı ev" konsepsiyası da deyilir. COP29 iqlim sammitinə ev sahibliyi edən Bakı da artıq "ağıllı şəhər"ə çevrilməlidir.

Bəybala Mirzəyev 

visiontv.az