İranda təhsildən kənarda qalan uşaqların sayı açıqlandı
22.10.2024

Cari təhsil ilində 2 milyon şagird və məktəb yaşında olan uşaq təhsil almaq üçün qeydiyyatdan keçməyib.

Bunu İran parlamentinin Təhsil Komissiyasının üzvü Fərşad İbrahimpur deyib.

O, bildirib ki, bu sayda uşağın təhsil ala bilməməsinin əsas səbəbi vətəndaşların iqtisadi vəziyyətlərinin daha da ağırlaşması və yoxsulluqdur.

Məlumatda etnik bəlucların kompakt yaşadığı Sistan və Bəlucistan əyalətində təhsil sahəsində vəziyyətin dahada acınacaqlı olduğu bildirilib.

Qeyd olunub ki, burada vətəndaşların yoxsulluğu səbəbindən azyaşlı uşaqlar məcburi əmək fəaliyyətinə cəlb olunduqları üçün təhsil ala bilmirlər.

visiontv.az