Suriyada İrana bağlı silahlılar öldürülüb
09.12.2023

Dekabrın 8-i axşam saatlarında İsrail ordusu Suriyanın cənubunda İrana bağlı silahlıların hərbi avtomobilinə hava zərbəsi endirib.

Mərkəzi ofisi Londonda yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə,

pilotsuz təyyarə hücumu nəticəsində 3-ü Livan Hizbullahının üzvü olmaqla, 4 silahlı həlak olub.

Öldürülənlərin raket buraxılışı və monitorinqi bölməsinin üzvləri olduğu bildirilib.

Livan Hizbullahı yadığı bəyanatda 3 üzvünün öldürüldüyünü təsdiq edib.

Qeyri-rəsmi məlumatlara görə, həlak olan dördüncü silahlı SEPAH zabitidir.

Visiontv.az