Siyavuş Novruzov: Bəzi vəkillər mətbuatın əli ilə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır
10.10.2025

“Vəkilin funksiyası müdafiə etdiyi şəxsin günahsızlığını hüquqi faktlarla sübut etməkdir”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bəzi vəkillər mətbuatı prosesə cəlb etməklə müdafiə etdiyi şəxslərə bəraət almağa çalışır: “Vəkilin funksiyası qəzetlərdə, internet televiziyalarında düzgün olmayan informasiyanı vermək deyil. Azərbaycan hüquqi dövlətdir və bu hüquqi dövlətdə qanunun aliliyi, kimliyindən asılı olmayaraq, hər kəsə tətbiq edilməlidir”.