Şərqi Azərbaycanda sumaq yığımından maraqlı görüntülər
24.04.2025

“Fararu” saytı xəbər verir ki, Hurand şəhəri Şərqi Azərbaycan əyalətinin ən mühüm sumaq istehsalı mərkəzlərindən biridir. Bu bölgənin sumağı təbii rənginə, xoş dadına və müştəri tələbatına görə İranda mövcud olan ən keyfiyyətli məhsullardan sayılır.

Bu məhsulun yığımı hər il avqustun sonunda başlayır və sentyabrın sonuna qədər davam edir. Hurand bölgəsindəki 700 hektar sumaq sahəsinin 550 hektarı meşəlik, 150 hektarı isə əkin sahəsidir ki, bu da keyfiyyətinə, rənginə, dadına, müalicəvi xüsusiyyətlərinə və s. baxımından yalnız İranda deyil, həm də dünyada yüksək dəyərə malikdir.

visiontv.az