Şərqi Azərbaycan əyalətində bu günə kimi aşkarlanan mədənlərin ehtiyatlarının həcmi 8 milyard tona bərabərdir
Bunu əyalət valisi Malik Rəhməti deyib.
Vali Şərqi Azərbaycanın mədən ehtiyatlarına görə, ölkə üzrə birinci yeri tutduğunu bildirib.
Qeyd edək ki, Şərqi Azərbaycamın bir sıra mədənləri, o cümlədən Vərziğanın Süngün Mis Mədəni Yaxın Şərqin ən böyük mis mədənidir və İranın mis hasilatının 60 faizi bu mədəndən əldə edilir.
Mədəndən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman Əyalətinə daşınır. Mədəni çalışdıran şirkətin bank hesabları və nəticə etibarı ilə pul dövriyyəsi də Kirman və Tehran əyalətlərindədir.
visiontv.az