Sentyabr ayında İran həbsxanalarında 171 məhbusun edam hökmü icra olunub.
Bununla bağlı insan haqları təşkilatları məlumat yayıb.
Bu, ötən ilin eyni dövründəki 84 edamla müqayisədə iki dəfə çoxdur.
Edam edilənlərin 5-i qadın, 9-u əfqanistanlıdır.
Qeyd edək ki, oktyabr ayının əvvəlindən bu günə kimi də İranda onlarla məhbus edam edilib.
Bununlada cari ildə kimliyi dəqiqləşdirilən edam edilənlərin sayı 1078-ə çatıb, onlardan 30-u qadındır.
visiontv.az