Paniranistlər Azərbaycana qarşı əsassız dron iddiaları irəli sürür
24.11.2026

“Təbriz Səsi” Teleqram kanalı İranda paniranist (İranşəhri) ideyalarını müdafiə edən çevrələrin Azərbaycana qarşı yeni ittihamlar irəli sürdüyünü bildirib.

Kanalın yazdığına görə, sözügedən çevrələr guya Azərbaycanın Salyan və Lənkərandakı aviabazalarından havaya qalxan pilotsuz uçuş aparatlarının İran sərhədi yaxınlığında mütəmadi uçuşlar həyata keçirdiyini iddia edirlər.

Bu cür ittihamlar Azərbaycanın müstəqil siyasətinə, regional əlaqələrinə və mövqeyinə qarşı şübhə yaratmaq cəhdidir.

Qeyd olunub ki, paniranist (iranşəhri) fraksiyasını narahat edən məsələ təkcə dronlarla bağlı iddialar deyil, Azərbaycanın müstəqil milli maraqlarına uyğun siyasət yürütmək hüququdur.

visiontv.az