Rusiyanın ərazi tələbi danışıqları çətin vəziyyətə salır
25.11.2026

Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda Avropa İttifaqının da iştirak edəcək. Danışıqlarda həm Ukraynanın, həm də Rusiyanın təhlükəsizlik təminatları və müharibədən sonrakı münasibətləri müzakirə olunacaq.

Lakin danışıqlar prosesində əsas problem olaraq ərazi məsələsi qalır. Rusiya Donbasın hazırda Ukraynanın nəzarətində olan ərazilərini də tələb edir. Təbii ki, Kiyev bu tələblə razılaşmır və ərazi güzəştlərinə getmək niyyətində olmadığını bildirir. Rusiyanın Ukraynanın nəzarətində olan ərazilərlə bağlı iddialarından geri çəkilməsi danışıqlar prosesində irəliləyişə və atəşkəs razılaşmasına imkan yarada bilər.

Moskva danışıqlarda və sülhdə maraqlı olduğunu bəyan etsə də, ərazi tələblərinin davam etməsi prosesin irəliləməsinə mane olur. Eyni zamanda, bu tələblərin qəbul edilməsi gələcəkdə Rusiyanın yeni ərazi iddiaları irəli sürməsi üçün presedent yarada bilər. Bu baxımdan, Ukrayna və Avropa İttifaqının belə güzəştlərə münasibəti danışıqların taleyində mühüm rol oynayacaq.

Digər tərəfdən, ərazilərin referendum yolu ilə Rusiyaya verilməsi və bunun müqabilində Ukraynanın NATO-ya üzvlüyünün gündəmə gətirilməsi variantı da Moskva tərəfindən qəbul edilmir. Ukrayna isə NATO-nun beşinci maddəsinə bənzər, konkret və etibarlı təhlükəsizlik təminatlarının əldə olunmasında maraqlıdır.

Göründüyü kimi, danışıqlar prosesi müəyyən mənada dalandan çıxmaq istiqamətində irəliləsə də, Rusiyanın ərazi tələbləri əsas maneə olaraq qalır. Bu məsələdə ortaq mövqeyin əldə olunması atəşkəs və gələcək sülh razılaşmasının perspektivlərini müəyyən edəcək.

Məhəmməd Əsədullazadə, Milli Cəbhə partiyasının başqanın müavini

visiontv.az