İranlı deputat İsrailin infrastrukturunu məhv etməklə hədələyir
25.11.2026

İranlı millət vəkili İbrahim Rzayi İsrailə xəbərdarlıq edərək, İran obyektlərinə hücum ediləcəyi halda onun infrastrukturuna qarşı qisas almağa hazır olduğunu bildirib.

"Əgər düşmən neft emalı zavodları, elektrik stansiyaları və digər obyektlər də daxil olmaqla infrastrukturumuza hücum edərsə, biz də eyni şəkildə cavab verəcəyik – İsrailin infrastrukturuna zərbə endirib onu məhv edəcəyik. Düşmənin seçimi var: onlar bizim raketlərimizə və ya diplomatlarımıza təslim ola bilərlər", - deyə o qeyd edib.

visiontv.az