Almaniya kansleri Fridrix Merz bildirib ki, Rusiya Ukraynaya silahlı hücum nəticəsində dəymiş zərəri kompensasiya edənə qədər Moskvanın dondurulmuş Rusiya aktivlərinə çıxışı olmayacaq.
Almaniya hökumətinin başçısı ümumi zərərin həcmini 550 milyard avro qiymətləndirib. Kiyevdə üç ildən artıq davam edən müharibədən sonra Ukraynanın bərpasına çəkilən xərc 850 milyard avro dəyərində qiymətləndirilir.
2022-ci ilin fevralında Qərb Rusiya Mərkəzi Bankının 260 milyard avrodan çox məbləğdə aktivlərini dondurdu. Bu pulun böyük hissəsi - təxminən 190 milyard avro - Belçikanın Euroclear depozitarında, digər hissəsi isə ABŞ-da saxlanılır.
visiontv.az