Rusiya Nazirlər Kabinetinin 32 üzvündən sadəcə 10 nəfəri hakim Vahid Rusiya Partiyasındandır. Putin hökumətin yerdə qalan 21 nazirini siyasi mənsubiyyəti olmayan şəxslərdən təyin edib.
Onların əksəriyyəti texnokratdır. Kabinetin tərkibində 1 nəfər müxalifətdən nazir də var. Ölkənin İdman naziri Mixail Deqtyarev Liberal - Demokrat Partiyasının İdarə Heyətinin üzvüdür. Keçən il nazir təyin edilən 43 yaşlı Deqtyarev qılıncoynatma üzrə dəfələrlə müxtəlif yarışların qalib olub. 2000 - ci illərdə kariyarasına Vahid Rusiya Partiyasında başlayır, hətta partiyanın Samara vilayətinin Gənclər Təşkilatının sədrliyinə qədər gedib çıxır. Ancaq 2005 - ci ildə LDP - olan deputat Yuri Koqan ona partiyanın Samara regionla bölməsinin rəhbərliyini təklif edir. Gənc siyasətçi bu təklifldən ehtiyyat etsə də daha sonra onunla Vladimir Jirinovski şəxsən özü görüşərək ona partiyasına keçməsi qarşılığında parlamentdə özünün köməkçisi vəzifəsini təklif edir. 2006 - cı ildə o, LDP - nin namizədi kimi Samara şəhər meri vəzifəsinə namizəd olsa da seçkidə məğlub olur. Növbəti seçkilərdə, 2007 - ci ildə isə Jirinovskinin təklifi ilə 26 yaşında Samara vilayətindən Dövlət Dumasının deputatı, həmçinin Gənclər və İdman Komitesinin sədr müavini seçilir. 2013 və 2018 - ci illərdə LDP - nın Moskva meri vəzifəsinə namizədi kimi seçkiyə girsə də hər 2 seçkidə paytaxtın hazırkı meri Sergey Sobyanin onu məğlub edir. 2021 - ci ildə isə Xabarovsk vilayətinin qubernatorluğuna namizədliyini verir və qalib gələrək vilayətə rəhbərlik etməyə başlayır. Deqtyarev bu müddətdə Putinin ən çox təriflədiyi qubernator olur. Onun dövründə Xabarovsk Rusiyanın əsas kənd təsərrüfatı məhsulları istehsal edən vilayətinə çevrilir. Xüsusilə də onun xırdabaşlı heyvandarlığın inkişafı ilə bağlı keçirdiyi tədbirlər mərkəzi hakimiyyət tərəfindən ciddi uğur kimi qiymətləndirilmişdi. Deqtyarevin uğurlu tədbiri nəticəsində Xabarovski Rusiyanı yumurta böhranından xilas etmişdi. 2024 - cü ildə Putin onu gözlənilmədən İdman naziri təyin etdi. Maraqlıdır ki, yeni nazir hələ də rəsmən müxalifətdə olan Liberal - Demokrat Partiyasında fəaliyyətini davam etdirir, hətta bu partiyanın İdarə Heyətində təmsil olunur. Jirinovski çıxışlarının birində Deqtyarevi Rusiyanın potensial gələcək prezidenti adlandırmışdı. Putinin onu komandasına daxil etməsi bu ehtimalları artırır. 43 yaşlı nazir hökumətin ən gənc üzvü olaraq kifayət qədər aktivlik göstərir. Ancaq təbii ki, Kremlə gedən yol aktiv nazir olmaqdan keçmir. Bunun üçün ölkədəki maraq qruplarının dəstəyi vacibdir. Deqtyarev hələ ki, siyasi elitaya yeni daxil olduğu üçün bu dəstəyi əldə etməsi ciddi problemdir. Ancaq Putinin ona verdiyi dəstək qılıncoynatma çempionunu Rusiyanın ciddi siyasi fiquruna çevirir.
Zeynal Əmrəliyev
visiontv.az